<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>463</hymn_number>
<lyrics>[V1]
 İsa, Səni mən sevirəm və gözləyirəm
 Sənə iman,ümid edib, Səni səslərəm.
 Sənə, Xilaskarım, mən möhtac olmuşam
 Sənə yalvarıram mən göz yaşlarım ilə.

[C1]
   Sən gəl mənə təskinlik ver, mənim Allahım,
   Dərdli ürəyim yalnız Səni istər hər an.
   Səndədir hər bir xoşbəxtlik, yalnız Səndədir
   Sənin o müqəddəs məhəbbətindədir.

[V2]
 İstərəm hər an yaşayım Sənə sığınıb ,
 Sənin müqəddəs, güclü əlin altında.
 Nə vaxt təhlükə məni bürüyür,
 İstərəm Sən məni gizləyəsən qoynunda.

[V3]
 Körpə uşaq sığındığı tək Atasına
 Mən də Sənə sığınmaq istərəm,İsam.
 Bu dünyada məhəbbət, qayğı və sevgini
 Təkcə Səndə gördüm mənim Rəbbim İsam.</lyrics>
<title>İsa, Səni mən sevirəm və gözləyirəm İL463</title>
</song>